4–5 sentyabr 2026-cı il tarixlərində İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Simpozium AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “Miras” İctimai Birliyi, Aydın Adnan Menderes Universiteti və YOCOCU Assosiasiyasının təşkilatçılığı ilə hibrid formatda təşkil olunub.
Simpozium çərçivəsində Milli Аzərbаycаn Tаriхi Muzeyinin eksponatların qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova - “Milli Azərbaycan Tarixi Muzeyində Mollaisaqlı materialları”, “Arxeologiya” elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə - “Arxeoloq Fazil Osmanov kolleksiyası muzey arxeologiyası kontekstində”, “Arxeologiya” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva - “Qədim Şirvanın Basqal məscidlərinin epiqrafik irsi: tarixi və paleoqrafik aspektlər”, “Arxeologiya” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılova - “Qafqaz Albaniyası dövrünə aid Nüydi dəbilqəsi: tipoloji və funksional təhlil”, Numizmatika Fondunun böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova - “Arxeoloq alim Fazil Osmanovun muzeyə təhvil verdiyi Nüydü sikkə dəfinəsinin sirri” mövzuları ilə çıxış etmişlər.
Simpozium iştirakçıları Sulut kəndində təşkil olunmuş elmi-ekskursiya çərçivəsində kəndin tarixi-mədəni irs nümunələri ilə tanış olub, Sulut məscidi, buzxana, Hərəm qalası, Kələzeyvə türbələri və Xan qalasını, həmçinin görkəmli arxeoloq Fazil Osmanovun evini ziyarət ediblər.
Simpoziumun online məruzələri Youtube platformasında linkdə yerləşdirilib
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.