Milli Azərbaycan Tarixi Muzeyində 29 aprel saat 11:00-da Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) professoru Latife Summerer tərəfindən "Qlobal nümunələrlə yeni muzeyin dizaynı" mövzusunda mühazirə keçirilicək. Mühazirə zamanı müasir muzeyin yaradılmasının əsas prinsip və mərhələlərinə toxunalacaq.
Giriş sərbəstdir.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.