Bu gün, sentyabrın 6-ı Türkiyə Cümhuriyyəti Aydın Adnan Menderes Universiteti, Milli Azərbaycan Tarixi Muzeyi və d. elmi-tədqiqat və təhsil müəssisələrinin təşkilatçılığı ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya həsr olunmuş “17-ci Beynəlxalq türk sənəti, tarixi və folkloru” adlı konfransda seksiyalar üzrə məruzələr dinlənildikdən sonra bağlanış mərasiminə keçid edilib. Mərasimdə konfrans təşkilatçıları və muzey rəhbərliyi adından iştirakçılara təşəkkür bildirilib. Həmçinin, müxtəlif maraqlı mövzularda olan məruzələrin gələcəkdə tədqiqat mənbəyi olacağı da vurğulanıb.
Sonda iştirakçılar sertifikatla mükafatlandırılıb və Türkiyədən iştirak edən qonaqlara muzeyin adından hədiyyələr təqdim edilib.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.