Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfrans haqqında məlumatları diqqətinizə çatdırırıq:
Konfransın keçirilmə vaxtı: 1 dekabr 2026-cı il
Konfransın istiqamətləri:
- Tarixi mənbələrin öyrənilməsi: təcrübə, problemlər, perspektivlər
- Farsdilli və ərəbdilli mənbəşünaslıq və mətnşünaslıq
- Tarixin aktual problemlərinin tədris prosesində və dərsliklərdə əksi
- Tarixi şəxsiyyətlərə yanaşmalar və qiymətləndirmələr
- Əbdülkərim Əlizadənin və Sara Aşurbəylinin yaradıcılığında orta əsrlər Azərbaycan tarixi məsələləri
- XX əsr Azərbaycanın elmi-mədəni əlaqələri və Əbdülkərim Əlizadə
- Əbdülkərim Əlizadənin və Sara Aşurbəylinin həyat və yaradıcılığı muzey kolleksiyalarında
- Orta əsrlər Azərbaycan tarixi və mədəniyyəti məsələlərinin öyrənilməsində muzey materiallarının rolu
Konfransda elmi işçilər, ali və orta məktəb müəllimləri, muzey mütəxəssisləri, doktorant və dissertantlar iştirak edə bilər.
Məruzələrin tərtibinə dair tələblər:
− Məruzələrin mətni Azərbaycan dilində təqdim olunmalıdır.
− Məruzədə müəllifin adı və soyadı, elmi dərəcəsi, elmi adı, təmsil etdiyi müəssisə, tutduğu vəzifə, elektron poçt ünvanı qeyd edilməlidir.
− Məruzə mətninin həcmi 6-8 səhifə (Times New Roman, ölçü: 12, sətirlərarası interval: 1) olmalıdır.
− Məruzənin əsas mətnindən öncə Azərbaycan və ingilis dillərində xülasə (hər dildə 100-150 söz) və açar sözlər (5-7 söz) verilməlidir.
− Ədəbiyyat siyahısı və istinadlar Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının dissertasiyalar üçün müəyyənləşdirdiyi tələblərə uyğun şəkildə tərtib edilməlidir.
Məruzələr elektron formatda nargiz.aliyeva.52@mail.ru və ya ali_farhadov@yahoo.com elektron poçt ünvanlarına göndərilməlidir.
Məruzələrin göndərilməsi üçün son tarix: 10.11.2026
4–5 sentyabr 2026-cı il tarixlərində İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.