Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2024-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclasda iştirak edib. İclası giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq, tədbirin gündəliyi barədə məlumat verib.
Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış yeni nəşrləri nümayiş olunub. Bu nəşrlər muzeyin elmi və tədqiqat fəaliyyəti ilə yanaşı, Azərbaycan tarixinin öyrənilməsinə və təbliğinə töhfə kimi qiymətləndirilib.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.