Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, dos. Həbibə Əliyeva “Azərbaycanda epiqrafik tədqiqatların bugünkü vəziyyəti və problemləri” adlı mövzu ilə çıxış edib. Çıxışda ilk öncə Azərbaycandakı epiqrafik abidələrin öyrənilməsinin tarixindən və son illərdə aparılan epiqrafik tədqiqatlar haqqında geniş məlumat verib. Daha sonra bu sahədəki problemlər və gələcəkdə türkiyəli alimlər ilə birgə layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparıldı. Qarşıya çıxan çətinliklərdən, Qarabağdakı dağıdılmış abidələrin kitabələrindən və onların necə bərpa olunaraq yenidən yerlərinə qoyulması haqqında danışıldı. Sonda verilən suallar dos. H.Əliyeva tərəfindən cavablandırıldı.Daha ətraflı keçiddə
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.