XƏBƏRLƏR
29 Yanvar, 2021
Muzeyə Qarabağ müharibəsinin şəhidi, polkovnik-leytenant Qərib Baxşəliyevə məxsus materiallar daxil olub
Muzeyə yeni daxil olmuş materiallar || Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Qərib Baxşəliyevə məxsusdur.
Əslən Laçından olan Baxşəliyev Qərib İnqilab oğlu, 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, 1984-1994-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 82 saylı orta məktəbdə təhsil alıb. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi zirehli tank silahları üzrə mühəndis-texnik ixtisası üzrə bitirib. 1999-cu ilin iyul ayından 2000-ci ilin dekabr ayına qədər Tərtər rayonunda 703 saylı hərbi hissədə motoatıcı taqım komandiri, 2000-ci ilin dekabr ayından 2002-ci ilin dekabr ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə taqım komandiri, 2002-ci ilin dekabr ayından 2010-cu ilin yanvar ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə tədris bölük komandiri, 2010-cu ilin yanvar ayından 2014-cü ilin fevral ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə tərbiyəvi işlər bölməsində psixoloq vəzifələrində xidmət edib. 2014-cü ilin fevral ayından C.Naxçıvanski adına Hərbi Liseydə Şəxsi Heyətlə iş üzrə şöbənin psixoloqu-şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət edib.
2016-2019- cu illərdə Naxçıvan Muxtar Respublikasında, daha sonra isə Bakıda Heydər Əliyev adına ali hərbi məktəbdə hərb tarixindən dərs deyib. Ordumuz üçün zabit heyətinin hazırlanmasında bilik və bacarıqlarını əsirgəməyib.
Sentyabrın 27-də başlayan Vətən müharibəsinə, iki gün sonra Q.Baxşəliyev də qoşulmuş, vətənə olan sevgisi onu daim mübarizəyə vadar etmişdir. Müharibənin ağırlığını, məsuliyyətini dərk edərək, döyüş zamanı yoldaşlarını daim ruhlandırmış, mənəvi, psixoloji gərginliyin aradan qaldırılmasında onlara dayaq durmuş, əsgərləri ilə böyük qardaş kimi rəftar etmişdir.
Vətən həsrətini, eləcə də Ermənistan işğalının xalqımızın başına gətirdiyi facələri
əsgərlərinə daim xatırladaraq, hər birində düşmənə qarşı mübarizə hissini, torpaqlarımızı azad edəcəkləri halda şanlı bir tarixin yazılmasinda paylarının olacağını onlara aşılamışdır.
Q.Baxşəliyevin simasında xoş bir aura, xasiyyətindəki mülayimlik, insanlara qarşı sevgı hissi onu "Qızıl adam" ləqəbi ilə tanıtdırmışdır.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Q.Baxşəliyev Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. O, noyabrın 3-də sonuncu dəfə Zəngilan ərazisində postları yoxlayan zaman səhvən düşmənin mühasirəsinə düşmüş, sonuncu gülləsinə qədər döyüşmüş və əsir düşməmək üçün özünü güllə ilə vururaraq şəhidlik zirvəsinə ucalmışdır.
Onun nəşi, bir aydan çox düşmənin girovluğunda qaldı. Uzun müddət davam edən danışıqlardan sonra şəhidin nəşi ailəsinə təhvil verildi. Dekabr ayının 8-də polkovnik-leytenant Q.Baxşəliyev II Fəxri Xiyabanda böyük izdihamla son mənzilə yola salındı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Q.Baxşəliyevin hərbi geyim dəstləri, hərbi çantası, hərbi kitabları və zabit gündəliyi, şəhidin ailəsi ilə görüşən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Sahibə Ələkbərova tərəfindən Muzeyə təqdim edilib. Yaxın zamanlarda "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində şəhidin ailəsi, döyüş yoldaşları və tələbələri ilə klub üzvlərinin görüşü təşkil olunmuşdur.
Təltifləri
(26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
(24.06.2005) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2010) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2015) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(14.09.2020) — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...
Muzeydə akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi çərçivəsində yekun tədbir keçirilmişdir
İyunun 17-də Milli Azərbaycan Tarixi Muzeyində “Yusuf Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” konfransının iştirakçılarına və təşkilatçılarına diplomla...
Muzeyin əməkdaşı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva görkəmli şairə Xurşidbanu Natəvan ilə b...
Muzeyin əməkdaşı Pekində IV Qlobal Muzey Direktorları Forumunda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova 9-12 iyun 2026-cı il tarixlərində Çin Xalq Respublik...
Muzeydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və dirçəliş mərhə...
Muzeydə “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib. Tə...