XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
29 İyun, 2026
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi layihəsi çərçivəsində gənclər Milli Azərbaycan Tarixi Muzeyində olublar. Onlar üçün muzeyin ekspozisiya zallarında, H.Z.Tağıyevin memorial-ev muzeyində ekskursiya təşkil edilib və ətraflı məlumat verilib.

Gənclərə muzeydə göstərilən diqqət və maraqlı ekskursiyaya görə YAP Binəqədi Rayon Təşkilatı tərəfindən Muzeyin rəhbərliyinə və kollektivinə təşəkkürnamə təqdim edilib.