XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
25 İyun, 2026
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib

26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov İctimai Radionun “Can Azərbaycan!” proqramının qonağı olub.

Veriliş zamanı Şəfa Mövsümov Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğunun başlanması, 26 iyun 1918-ci il tarixində Milli Ordunun yaradılması və müstəqilliyin bərpasından sonra ölkədə hərbi sahədə əldə olunan nailiyyətlər barədə dinləyicilərə ətraflı məlumat verib.

Söhbət zamanı Milli Azərbaycan Tarixi Muzeyinin müxtəlif fondlarında mühafizə olunan Azərbaycanın görkəmli hərbçilərinə məxsus şəxsi əşyalarından da bəhs olunub. Eyni zamanda, muzeyin Vətən Müharibəsi fondunun yaradılması, fondun fəaliyyəti və bu istiqamətdə həyata keçirilən işlər barədə məlumat verilib.