Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş mühafiz, t.ü.f.d., dosent Məhfuzə Zeynalova 2026-cı il 14-19 iyun tarixlərində Monqolustanda keçirilən İlk Beynəlxalq Avrasiya muzeyləri Forumunda iştirak ediblər.
Forumda muzeylər arasında əməkdaşlığı genişləndirmək, muzeylərdə idarəetmə təcrübəsi, mədəni irsin qorunması, mühafizə, tədqiqatlar, sərgilərin keçirilməsi və s. kimi məsələlər müzakirə edilmişdir.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında monqol artefaktları”adlı məruzə ilə çıxış etmişdir.
Məruzələr böyük diqqətlə dinlənilib və forum iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilib.