XƏBƏRLƏR
13 Fevral, 2026
Vətən Müharibəsi şəhidi Davud Qurbanovun doğum günüdür
Davud Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub. O, 2002–2013-cü illərdə Biləcəri qəsəbəsi R. Pirnəzərov adına 299 saylı məktəb-liseyində təhsil alıb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb, 2017–2019-cu illərdə isə həmin fakültənin magistratura pilləsində təhsilini davam etdirib.
Davud Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib, 2020-ci il oktyabrın 3-də Suqovuşan uğrunda gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Davud Qurbanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, Muzeyin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqunda şəhid Davud Qurbanovun həyat yolu, döyüş fəaliyyəti və əziz xatirəsi ilə bağlı məlumatlar yer alıb.
Muzeydə doktoranturaya qəbul üzrə ixtisas imtahanı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Muzeyin kollektivi H.Z.Tağıyevin məzarını ziyarət edib
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...