Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının Nadir kitablar fondunda “Ensiklopediyadan Türkiyəyə aid məqalələr” (Статьи из энциклопедии принадлежащие Турции) adlı kitabın nadir nüsxəsi mühafizə olunur. Nəşr tarixçi alim Semon Başilov tərəfindən tərcümə edilib və iki cilddən ibarətdir. Kitab 1769-cu ildə Sankt-Peterburq şəhərində çap olunub.
Nəşrin birinci cildində XVII əsrin ikinci yarısında Osmanlı sarayının təsviri, dövlət quruluşu, hərbi sahə, sosial-iqtisadi vəziyyət, dövlət idarəetmə sistemi və adət-ənənələr haqqında geniş və maraqlı məlumatlar yer alır.
Adından da göründüyü kimi, bu nəşr klassik ensiklopediya xarakteri daşımır, əksinə, Türkiyənin tarixinə dair mühüm tarixi mənbələri özündə cəmləşdirən dəyərli topludur.
Sözügedən kitab elmi-tədqiqat məqsədi üçün mühüm mənbə hesab olunur.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.