XƏBƏRLƏR
21 Yanvar, 2026
Muzeydə növbəti silsilə interaktiv və ustad dərslərinə start verilib
Milli Azərbaycan Tarixi Muzeyində LANDAU School-un 3TA, 3AB, 3AC və 3TB siniflərinin şagirdləri üçün “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı növbəti interaktiv, həmçinin “Boyalı küp” və “Buta” adlı ustad dərsləri keçirilib. Iki hissədən ibarət dərsin birinci hissəsində şagirdlərə H.Z.Tağıyevin həyat fəaliyyəti, muzeyin yerləşdiyi bina və onun memarlıq xüsusiyyətləri barədə məlumat verilib. İkinci hissədə şagirdlər üçün intellektual oyun təşkil edilib. “Boyalı küp” və “Buta” ustad dərslərində isə şagirdlərə küp və buta formasında gips fiqurlarının rənglənmə qaydaları öyrədilib, iştirakçılar təqdim olunan fiqurları yaradıcılıqla rəngləyiblər.
Sonda şagirdlər Muzeyin ekspozisiyası ilə tanış olublar.
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...
Muzeydə Beynəlxalq Abidələr Gününə həsr olunmuş interaktiv dərs keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyi...
Litva səfiri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib, təəssüratlarını bölüşüb
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib və təəssüra...