XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
24 Dekabr, 2025
Milli Azərbaycan Tarixi Muzeyinə mediatur təşkil olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinə mediatur təşkil edilib.

Mediatur zamanı media nümayəndələrinə muzeyin ekspozisiyasında nümayiş olunan unikal eksponatların tarixi əhəmiyyəti, eləcə də ekspozisiyanın təşkili və təqdimat qaydaları barədə məlumat verilib. Bildirilib ki, muzeyin fondlarında mühafizə olunan eksponatlar Azərbaycanın qədim dövrlərdən müasir dövrədək zəngin tarixi irsini əhatə edir.

Mediatur çərçivəsində həmçinin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə də ekskursiya təşkil olunub və media nümayəndələrinin sualları ətraflı cavablandırılıb.

Qonaqlar muzeydən xoş təəssüratlarla ayrılıblar.