XƏBƏRLƏR
18 Oktyabr, 2025
18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür
18 oktyabr Azərbaycan xalqının tarixində qürur və iftixar günü kimi qeyd olunur. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz öz müstəqilliyini bərpa etmişdir.
Bu mühüm sənəd Azərbaycanın beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmasına, digər ölkələrlə diplomatik münasibətlərin qurulmasına və beynəlxalq təşkilatlara üzv olmasına hüquqi əsas yaratmışdır.
Uzun illər bu tarix “Dövlət Müstəqilliyi Günü” kimi qeyd olunmuşdur. Lakin 2021-ci ildə qəbul edilən qanuna əsasən, tarixi həqiqət və mahiyyətin daha dəqiq ifadə olunması məqsədilə 18 oktyabr “Dövlət Müstəqilliyinin Bərpası Günü” adlandırılmışdır. Bu dəyişiklik Azərbaycanın müstəqilliyinin bərpasını, milli azadlıq iradəsini və dövlətçilik ənənələrinin davamlılığını ifadə edir.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin ekspoziyasında nümayiş olunan, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabr ayının 18-də qəbul etdiyi Müstəqillik haqqında Konstitusiya Aktını təqdim edirik.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...