XƏBƏRLƏR
10 Sentyabr, 2025
Pakistanın Lahor Universitetinin professoru muzeyi ziyarət edib
Pakistanın Lahor Universitetinin professoru, şərqşünas alim, fars ədəbiyyatı üzrə doktor Arif Nouşahi Milli Azərbaycan Tarixi Muzeyində qonaq olub. Ziyarət çərçivəsində keçirilən görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov iştirak ediblər.
Akademik Nailə Vəlixanlı qonağı salamlayaraq, muzeyin elmi, mədəni və maarifləndirici fəaliyyətindən bəhs edib. N.Vəlixanlı, həmçinin Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətinə toxunaraq, bu əlaqələrin mədəniyyət və elm sahələrində də uğurla inkişaf etdiyini vurğulayıb.
Professor Arif Nouşahiyə muzeyin tarixi binası, ekspozisiya zalları və burada nümayiş etdirilən unikal eksponatlar haqqında geniş məlumat təqdim olunub. Qonaq muzey ziyarəti zamanı Azərbaycanın qədim və zəngin tarixə, həmçinin mədəniyyətə malik olduğunu xüsusi qeyd edib.
Sonda xatirə fotosu çəkilib.
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...
Muzeydə Beynəlxalq Abidələr Gününə həsr olunmuş interaktiv dərs keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyi...
Litva səfiri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib, təəssüratlarını bölüşüb
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib və təəssüra...