XƏBƏRLƏR
12 Sentyabr, 2025
Muzeyin Numizmatika fonduna yeni sikkə daxil olub
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunun kiçik elmi işçisi Mircavid Ağalarovun toplama işi nəticəsində əldə etdiyi mis sikkə muzeyin Numizmatika fonduna təhvil verilib. Sözügedən tapıntı Abşeron ərazisində aşkarlanıb.
Numizmatika fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova sikkənin numizmatik təyinatını müəyyənlişdirərək, qeyd edib ki, diametri 25 mm, çəkisi 6 qram olan mis dirhəm Şirvanşah II Əhsitan Fəriburz oğlu dövründə (hicri 653–665 = 1255–1267) zərb olunub. Sikkənin üzərində Monqol xaqanı Münkenin möhürü – sağ və sola yönəlmiş üçdişli yaba təsviri həkk olunub. Bu tip dirhəmlərdə, həmçinin ərəb qrafikası ilə dini ifadələr (“Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın elçisidir”), şirvanşahın adı, atasının adı və hökmdar titulu (“ədalətli qaan”) qeyd edilirdi.
Zərbxana və zərb ili göstərilməyən belə dirhəmlərin əsasən Bakı, Şamaxı və Dərbənddə istehsal edildiyi məlumdur. Orta əsrlərdə Azərbaycan şəhərlərinin intibah dövründə məhz bu tip sikkələr ticarət dövriyyəsində geniş istifadə olunub.
II Əhsitan Fəriburz oğlunun hakimiyyəti illərində Azərbaycanın pul təsərrüfatını əsasən mis felslər və dirhəmlər təmsil edirdi. Onlar müxtəlif çəkidə olub, dairəvi, yarımdairəvi və kənarları iti uclu formalarda zərb edilirdi.
XIII əsrin II yarısına aid mis sikkələr bu gün ayrıca təsnifatlandırılaraq, öyrənilir. Həmçinin, dövrün ticarəti, pul dövriyyəsi ilə yanaşı, hərb sənəti və sənətkarlığını da əks etdirir.
Qeyd edək ki, hazırda bu sikkələrin bir qismi muzeyin ekspozisiyasında nümayiş etdirilir.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...