XƏBƏRLƏR
17 Sentyabr, 2025
Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovanın şəxsi əşyalarını təqdim edirik
Bu gün, 17 sentyabr Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovanın doğum günüdür. O, 1930-cu ildən əmək fəaliyyətinə başlayaraq Bakı aeroklubunda təhsil almış, 1931-ci ildə ilk uçuşunu həyata keçirmişdir. 1932-ci ildə Moskvada təhsilini davam etdirən Məmmədbəyova 1933-cü ildə Tuşino aerodromunda paraşütlə tullanan Sovet İttifaqının ikinci qadın paraşütcüsü kimi tarixə düşmüşdür. 1934-cü ildə Cənubi Qafqaz yarışında birincilik qazanmış, 1941-ci ilə qədər mayor rütbəsinə yüksəlmişdir. Sonrakı illərdə Bakı aeroklubunda müəllim kimi çalışaraq yeni pilotların yetişməsinə töhfə vermişdir.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan materialların bir qismini təqdim edirik (Leyla Məmmədbəyovanın paraşütçü nişanı, özü haqqında çəkilən “İsmət” filmindən fotoşəkil, təyyarəçi geyimində fotoşəkili) .
Представляем личные вещи первой женщины-пилота Азербайджана Лейлы Мамедбековой
Сегодня, 17 сентября, день рождения первой женщины-пилота Азербайджана Лейлы Мамедбековой. В 1930 году она приступила к трудовой деятельности и наряду с этим училась в Бакинском аэроклубе, а свой первый полет совершила в 1931 году. Л. Мамедбекова, продолжившая обучение в Москве в 1932 году, вошла в историю как вторая женщина-парашютистка Советского Союза, совершившая прыжок с парашютом на Тушинском аэродроме в 1933 году. В 1934 году она заняла первое место на соревнованиях на Южном Кавказе и к 1941 году дослужилась до звания майора. В последующие годы она работала преподавателем в Бакинском аэроклубе, внося вклад в подготовку новых пилотов.
По поводу знаменательного дня представляем вашему вниманию некоторые материалы, хранящиеся в Фонде документальных источников Национального музея истории Азербайджана (Значок парашютиста Лейлы Мамедбековой, фото из фильма «Исмет», посвящённого ей, фото в форме летчика).
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...