XƏBƏRLƏR
18 Sentyabr, 2025
18 sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəyovun 140 illiyi
Bu gün, 18 sentyabr tarixində ölkəmizdə dahi bəstəkar, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Milli Musiqi Günü qeyd olunur. 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə, bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən isə, 2025-ci ilin sentyabr ayında Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi geniş şəkildə qeyd olunur.
Üzeyir Hacıbəyov Azərbaycan musiqi sənətində əvəzsiz xidmətlər göstərmiş, Şərqdə ilk opera– “Leyli və Məcnun”, həmçinin ilk musiqili komediya və müxtəlif janrlarda çoxsaylı əsərlərin müəllifi kimi tarixdə silinməz iz qoymuşdur. Onun yaratdığı zəngin irs milli musiqi mədəniyyətimizi zənginləşdirməklə yanaşı, dünya musiqi mədəniyyətində də özünəməxsus yer tutmuşdur.
Görkəmli bəstəkarın həyat və yaradıcılığına aid dəyərli eksponatlar muzeyin ekspozisiyasında nümayiş olunur, eyni zamanda bəstəkarın təqdim olunan stolüstü medalı isə Köməkçi tarixi fənn materialları fondunda qorunur. Həmin medal 1966-cı ildə bəstəkarın 80 illik yubileyi münasibətilə Moskva zərbxanasında tompak materialdan hazırlanmışdır. Medalın ön tərəfində Üzeyir Hacıbəylinin büstü təsvir olunmuş, ətrafına kiril qrafikası ilə “Üzeyir Hacıbəyov 1885–1945” sözləri həkk edilmişdir. Arxa tərəfində isə onun məşhur “Koroğlu” operasından bir səhnə əks etdirilmişdir.
Beləliklə, Üzeyir Hacıbəylinin zəngin irsi həm xalqımızın musiqi yaddaşında, həm də muzeyimizdə qorunaraq gələcək nəsillərə ötürülür.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...