XƏBƏRLƏR
29 Sentyabr, 2025
Muzeyin kolleksiyasında milli geyim incisi – Qarabağ çəpkəni
Maddi mədəniyyətin əsas komponentlərindən biri milli geyimlər xalqımızın etnik mənsubiyyətini, estetik zövqünü, həyat tərzini, sosial vəziyyətini, dünyagörüşünü və etik dəyərlərini özündə əks etdirir. Milli geyimlər xalqın tarixi, mədəniyyəti və mənəvi dünyasının canlı daşıyıcılarıdır. Bu baxımdan, Milli Azərbaycan Tarixi Muzeyində qorunan nadir geyim nümunələri xalqımızın qədim geyim mədəniyyətini öyrənməyə imkan yaradır.
Azərbaycan qadın geyimlərinin ən incə və zərif nümunələrindən biri çəpkəndir. Milli mədəniyyətin qiymətli incilərindən biri sayılan çəpkən - astarlı və yalançı qollara malik olan çiyinüstü, üst geyimidir. Ənənəvi olaraq, tirmədən, məxmərdən və ipək parçalardan tikilən çəpkən həm rahatlığı, həm də estetik gözəlliyi ilə seçilir.
Təqdim olunan çəpkən Qarabağ bölgəsinə məxsus olub, yun, sətin, məxmər parçalardan hazırlanıb. Çəpkənin yaxa, qol, çapıq, ətək hissələrinə şahpəsənd kimi bəzək elementləri əlavə edilmişdir.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...