XƏBƏRLƏR
06 Oktyabr, 2025
Muzeyin əməkdaşları “Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumunda iştirak ediblər
3-4 oktyabr 2025-ci il tarixlərində Quba şəhərində Soyqırımı Memorial Kompleksində “Qoruqlar və Muzeylər– Keçmişdən Gələcəyə Körpü” adlı III Quba Simpoziumu keçirilib. Simpoziumda Arxeologiya elmi fond şöbəsinin əməkdaşları, t.ü.f.d., dosent, böyük elmi işçi Həbibə Əliyeva “Milli Azərbaycan Tarixi Muzeyində qorunan epiqrafik abidələrin Azərbaycan tarixinin öyrənilməsində rolu”, t.ü.f.d. böyük elmi işçi Laçın Mustafayev “Maddi irsin tədqiqi və təbliği prinsipləri”, t.ü.f.d., böyük elmi işçi Aida İsmayılova “Beynəlxalq muzey etik standartları və Azərbaycan muzeyləri”, kiçik elmi işçi Arzu Mirzəhmədova “Milli Azərbaycan Tarixi Muzeyində arxeoloji kolleksiyaların mühafizəsi” mövzusunda məruzlələrlə çıxış ediblər. Muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova Simpoziumun təşkilatçılığında yaxından iştirakına görə təltif olunub. Məruzələr maraqla qarşılanıb, mövzular ətrafında suallar cavablandırlıb.
Sonda Quba şəhərində Soyqırımı Memorial Kompleksi tərəfindən simpoziumun təşkilatçılığında yaxından iştirakına görə muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova və məruzələrlə çıxış etdiklərinə görə digər iştirakçılar sertifikatla təltif olunublar.
Simpoziumun materialları nəşr olunub.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...