
Ankara Hacı Bayram Veli Universitetinin Turizm, Qarabağ Universitetinin İqtisadiyyat, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya, Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” fakültələrinin birgə təşkilatçılığı ilə 6-cı Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransı keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Muzeyin elmi katibi, t.ü.f.d, dosent Sevinc Nəsirova “Milli Azərbaycan Tarixi Muzeyinin Kolleksiyasında Şəki xanlığına aid maddi mədəniyyət nümunələri” , Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Qarabağda daşınmaz epiqrafik abidələrimizin turizm vasitəsi ilə təbliği (həmmüəllif: Günel Seyidəhmədli)”, Numizmatika fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova “Azərbaycanda numizmatık irsin rəqəmsallaşdırılması”, Arxeologiya şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılova “Milli Azərbaycan Tarixi Muzeyinin orta əsr arxeoloji kolleksiyası və türk mirası”, Azərbaycan Tarixinin populyaşdırlması və ekskursiyaların təşkili şöbəsinin bələdçisi Gülər İbişova “Virtual Sualtı Arxeoloji Muzeylərin Yaradılması” adlı məruzələrlə çıxış ediblər (onlayn).
Məruzələr maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
Məqalələrin nəşri nəzərdə tutulub.