XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
14 May, 2025
2025-ci il üçün doktoranturaya qəbul elan edilir

Milli Azərbaycan Tarixi Muzeyi 2025-2026-cı illər üçün fəlsəfə doktoru hazırlığı üzrə (Vətən tarixi, Arxeologiya, Etnoqrafiya və etnologiya, Muzeyşünaslıq ixtisaslarında) qiyabi doktoranturaya qəbul elan edir.

Sənədlər 15 may - 10 iyun 2025-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Doktorantura yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq  üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etmiş), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan şəxslər müraciət edə bilərlər. Həmçinin, iddiaçılar azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.

Dissertantura və ya dokoranturada təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar doktorant ola bilməzlər.

Milli Azərbaycan Tarixi Muzeyində doktorantura təhsili almaq istəyən namizədlər portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Əlaqə nömrəsi: (012) 598-17-40, (012) 493-23-87

E-poçt ünvanı: aztarmuzey@science.az