XƏBƏRLƏR
10 May, 2025
Muzeydə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının Səbail rayonu “H.Z.Tağıyev 4” ərazi təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib. Tədbirdə muzey əməkdaşları və Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin Vətən Müharibəsi fondunun mütəxəssisi, Yeni Azərbaycan Partiyasının Səbail rayonu “H.Z.Tağıyev 4” ərazi təşkilatının üzvü Gülnar Fərhadova tədbir haqqında ətraflı məlumat verib.
Sonra Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu müstəqil Azərbaycan dövlətinin bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində uğurla inkişaf etdiyini qeyd edib. Daha sonra “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatının sədri, muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Kərimov Ulu Öndərin Azərbaycanda mədəniyyətin inkişafı, muzey işinin təşkili və tarixi abidələrin qorunması sahəsində göstərdiyi misilsiz xidmətlərdən danışıb. O, Heydər Əliyevin bu istiqamətdə gördüyü işlərin bu gün də davam etdirildiyini və gələcək nəsillər üçün qiymətli irs olduğunu vurğulayıb.
Sonda Ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.
Tədbirin sonunda qonaqlar muzeyin ekspozisiyasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...