
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova, həmin şöbənin baş mütəxəssisi Nərmin Bağırova Sabirabad və Saatlı rayonlarında Azərbaycanda yaşayan Axısqa türkləri ilə bağlı material toplamaq məqsədilə ezamiyyətdə olublar. Ezamiyyət zamanı sözügedən rayonların Axısqa türklərinin yaşadığı Əhmədabad, Nəsimi, Qaratəpə, Günəşli, Şirinbəy, Səma və digər kəndlərində yaşayan muzey əməkdaşları, sakinlərlə görüşüb və onların məişət həyatı, sürgün olunmaları ilə bağlı materiallar toplayıblar. Ezamiyyət çərçivəsində muzey əməkdaşları Sabirabad rayonuda Mədəniyyət Evinin rəhbəri Vaqif Dişadze, Saatlı rayonunda Folklor Evinin nümayəndələri ilə də görüşlər keçiriblər.
Bu gün baş mühafiz və Muzey əməkdaşlarının iştirakı ilə ezamiyyətin nəticələri ilə bağlı hesabat iclası keçirilib və toplanılan materiallar muzey ictimaiyyətinə təqdim olunub.