XƏBƏRLƏR
20 Fevral, 2025
Muzeydə XX əsrin əvvəlinə aid nadir yəhərüstü nümayiş olunur
Azərbaycanda qədim dövrlərdən bəri atlar insanların həm hərbi, həm də gündəlik məişət həyatında mühüm rol oynayıb. Onlar döyüşlərdə süvarilərin əsas nəqliyyat vasitəsi olmaqla yanaşı, təsərrüfat işlərində və yük daşımada da geniş istifadə olunub. Eyni zamanda, atların bəzədilməsində istifadə olunan yəhərüstü, aksesuarlar və bəzək elementləri sahibinin statusunu əks etdirib.
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan və XX əsrin əvvəllərinə aid olan nadir yəhərüstü nümunəsi hazırda muzeyin ekspozisiyasında ziyarətçilərə təqdim olunur. Qara mahuddan hazırlanan bu yəhərüstü açıq yaşıl rəngli ipək saçaqlarla haşiyələnib. Onun üzəri incə təkəlduz tikmələrlə işlənib və üç enli zolaqdan ibarət ara sahəsi nəbati naxışlarla bəzədilib. Bu unikal eksponatın üzərində əjdaha, quşlar, ceyranlar və vəhşi heyvan təsvirləri yer alır ki, bu da Azərbaycan xalqının qədim mifoloji inancları və dekorativ-tətbiqi sənətində heyvan təsvirlərinin xüsusi yer tutduğunu göstərir.
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d., Fatma Qəniyeva Qars Qafqaz Universiteti və AMEA Şərqşünaslıq İns...
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri muzeyi ziyarət ediblər
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri və qurama sənəti ilə məşğul olan sənətkarlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı muze...
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...