XƏBƏRLƏR
14 Fevral, 2025
Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri günüdür
Bu gün – 14 fevral Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. 1992-ci ilin məhz bu günündə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis edilib. 1997-ci ildən etibarən Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi milli hərbi təyyarəçilərin hazırlanmasına başlayıb. Hərbi Hava Qüvvələrinin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin 44 günlük Vətən müharibəsində şücaət göstərərək, ölkənin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşublar. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sırasında yer alırlar. Onlar əsasən Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdə ixtisasartırma kurslarında iştirak edirlər.
Muzeyin Vətən Müharibəsi fondunda Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbinə məxsus geyim nümunələri qorunur.
Hərbi Hava Qüvvələri günü münasibətilə bu sahədə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d., Fatma Qəniyeva Qars Qafqaz Universiteti və AMEA Şərqşünaslıq İns...
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri muzeyi ziyarət ediblər
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri və qurama sənəti ilə məşğul olan sənətkarlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı muze...
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...