XƏBƏRLƏR

26 Dekabr, 2024
Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti muzeyi ziyarət edib
Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin prezidenti Eldar Adıgözəlov Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağı muzeydə görməkdən məmnun olduğunu bildirib. Akademik N.Vəlixanlı muzey haqqında ətraflı məlumat verib, eyni zamanda Azərbaycan-Qazaxıstan əlaqələrini birləşdirən eksponatların muzeydə qorunduğunu və bu eksponatlar əsasında nəşrlərin çap olunduğunu vurğulayıb.
Sonra E.Adıgözəlov muzeyin yeni ekspozisiyası ilə tanış olub, Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatların peşəkarlıqla qorunmasını və təqdimatını yüksək qiymətləndirib.
Hacı Zeynalabdin Tağıyevin ailəsinə məxsus olmuş tikmə pərdəni təqdim edirik
Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksə...
Muzeyin əməkdaşı beynəlxalq elmi-praktiki konfransda iştirak edib
Bakı Musiqi Akademiyasında Azərbaycanın bəstəkarlıq məktəbinin banisi, görkəmli musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinə ...
Muzeyin əməkdaşı elmi konfransda məruzə ilə çıxış edib
Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Əli Fərhadov AMEA-nın Fəlsəfə və Sosiologiya İnsti...
Muzeyin əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda çap olunub
Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dosent Əli Fərhadovun "Turizm və qonaqpərvərlik tədqiqatları” beynəl...
Ağdam rayonundan aşkarlanmış sikkə dəfinəsini təqdim edirik
1952-ci ildə Ağdam rayonunun Xındırıstan kəndi yaxınlığında arxeoloji əhəmiyyət daşıyan qiymətli bir tapıntı qeydə alınıb. Sözügedən əraziyə ezam olun...
Muzeydə “Abidələr maddi və mənəvi irsimizdir” adlı elmi seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Xəzər Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələri üçün muzeyin Arxeologiya elmi fond şöbəs...
COP29 çərçivəsində fəallıq göstərən muzeyin əməkdaşları Prezident tərəfindən imzalanmış Təşəkkürnamə ilə təltif olunublar
COP29 çərçivəsində həyata keçirilən fəaliyyətlərə verdikləri töhfəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə ya...
Muzeydə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş interaktiv dərs keçirilib
18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Bakı şəhəri Sabunçu rayonu 80 saylı tam orta...