XƏBƏRLƏR

12 Noyabr, 2024
12 Noyabr – Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində isə əsas qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında nümayiş olunan 1995-ci ilə aid Azərbaycan Respublikasının Konstitusiyasını təqdim edirik.
Hacı Zeynalabdin Tağıyevin ailəsinə məxsus olmuş tikmə pərdəni təqdim edirik
Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksə...
Muzeyin əməkdaşı beynəlxalq elmi-praktiki konfransda iştirak edib
Bakı Musiqi Akademiyasında Azərbaycanın bəstəkarlıq məktəbinin banisi, görkəmli musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinə ...
Muzeyin əməkdaşı elmi konfransda məruzə ilə çıxış edib
Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Əli Fərhadov AMEA-nın Fəlsəfə və Sosiologiya İnsti...
Muzeyin əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda çap olunub
Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dosent Əli Fərhadovun "Turizm və qonaqpərvərlik tədqiqatları” beynəl...
Ağdam rayonundan aşkarlanmış sikkə dəfinəsini təqdim edirik
1952-ci ildə Ağdam rayonunun Xındırıstan kəndi yaxınlığında arxeoloji əhəmiyyət daşıyan qiymətli bir tapıntı qeydə alınıb. Sözügedən əraziyə ezam olun...
Muzeydə “Abidələr maddi və mənəvi irsimizdir” adlı elmi seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Xəzər Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələri üçün muzeyin Arxeologiya elmi fond şöbəs...
COP29 çərçivəsində fəallıq göstərən muzeyin əməkdaşları Prezident tərəfindən imzalanmış Təşəkkürnamə ilə təltif olunublar
COP29 çərçivəsində həyata keçirilən fəaliyyətlərə verdikləri töhfəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə ya...
Muzeydə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş interaktiv dərs keçirilib
18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində Bakı şəhəri Sabunçu rayonu 80 saylı tam orta...