XƏBƏRLƏR
29 İyul, 2024
Muzeydə Neft Daşlarını əks etdirən fotoalbom qorunur
Neft Daşları dünyada ilk dəfə açıq dənizdə neft hasilatı məqsədilə inşa edilmiş unikal sənaye mərkəzidir. 1949-cu ildə Azərbaycan SSR dövründə Xəzər dənizinin Azərbaycan sahillərində yaradılıb. Neft Daşları həm də "Dənizdəki Şəhər" adı ilə tanınır. Burada infrastruktur binaları, yataqxanalar, idman meydançaları, kitabxanalar və digər sosial obyektlər yerləşir. Neft Daşları yalnız neft sənayesindəki önəmli rolu ilə deyil, həm də mühəndislik və texnoloji yenilikləri ilə tanınır. Bu layihə dünya miqyasında dəniz neft sənayesinin inkişafında mühüm bir addım sayılır. Neft Daşları 1950-ci illərdə Sovet İttifaqının neft sənayesində böyük bir uğur simvolu kimi qəbul edilirdi və bu uğur Azərbaycanın neft sənayesindəki mühüm yerini təsdiqləyir.
Hazırda, Neft Daşları hələ də fəaliyyət göstərir və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən idarə olunur. Bu unikal sənaye kompleksi dünyanın hər yerindən mühəndislər və neft mütəxəssisləri üçün böyük maraq kəsb edən bir məkandır.
Muzeyin Sənədli mənbələr fondunda “Azərbaycan SSR-də dəniz neft yataqlarının kompleks işlənməsi” adlı fotoalbom qorunur. Albomda Neft Daşlarının fəaliyyətinə dair fotoşəkillər yer alır. Fotoşəkillər arasında suyun səthində qurulan ilk buruqları, özüllər üzərində salınan estakadaları, ardınca tikilən fəhlə şəhərciyini, istehsalat binalarını, nəhəng neftçıxarma mədəni ilə əlaqə saxlamaq üçün istifadə edilən gəmiləri və onların heyətini görmək mümkündür.
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...
Muzeydə akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi çərçivəsində yekun tədbir keçirilmişdir
İyunun 17-də Milli Azərbaycan Tarixi Muzeyində “Yusuf Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” konfransının iştirakçılarına və təşkilatçılarına diplomla...
Muzeyin əməkdaşı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva görkəmli şairə Xurşidbanu Natəvan ilə b...
Muzeyin əməkdaşı Pekində IV Qlobal Muzey Direktorları Forumunda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova 9-12 iyun 2026-cı il tarixlərində Çin Xalq Respublik...
Muzeydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və dirçəliş mərhə...
Muzeydə “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib. Tə...