XƏBƏRLƏR
18 İyul, 2024
Azəbaycanın tanınmış heykəltaraşı Tokay Məmmədovun doğum günündən 97 il ötür
Azərbaycanın tanınmış rəssamı, heykəltaraşı Tokay Məmmədov 1927-ci il iyul ayının 18-də Bakıda anadan olub. Tokay Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra Leninqradda (Sankt-Peterburq) İlya Repin adına Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə qəbul olub və ali təhsilini bitirdikdən sonra isə həmin şəhərdə heykəltəraş kimi fəaliyyət göstərib. Azəraycan Rəssamlar İttifaqına üzv seçilən Tokay Məmmədov heykəltaraşlıq fəaliyyətini uğurla davam etdirib, bir sıra şair, alim, dövlət xadimi eləcə də öz sənət dostlarının büst portretlərini hazırlayıb. Azərbaycan heykəltaraşlığında ilk dəfə ağac materialdan istifadə edən Tokay Məmmədov bu istiqamətdə yaradıcılığını uğurla davam etdirib. Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Tokay Məmmədovun doğum günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materilları fondunda qorunan materialları təqdim edirik.
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...
Muzeydə akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi çərçivəsində yekun tədbir keçirilmişdir
İyunun 17-də Milli Azərbaycan Tarixi Muzeyində “Yusuf Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” konfransının iştirakçılarına və təşkilatçılarına diplomla...
Muzeyin əməkdaşı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva görkəmli şairə Xurşidbanu Natəvan ilə b...
Muzeyin əməkdaşı Pekində IV Qlobal Muzey Direktorları Forumunda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova 9-12 iyun 2026-cı il tarixlərində Çin Xalq Respublik...
Muzeydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və dirçəliş mərhə...
Muzeydə “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib. Tə...