XƏBƏRLƏR
05 İyul, 2024
“Muzeydə bir an” fotomüsabiqəsinin nəticələri elan edilib
Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı, “East Gold” Məhdud Məsuliyyətli Cəmiyyətin dəstəyi ilə muzeyin rəsmi “İnstagram” səhifəsində sosial şəbəkələr vasitəsilə muzeyin elmi ekspozisiyasında nümayiş olunan tarixi artefaktları geniş auditoriyaya çatdırmaq, xüsusilə gənclərin tariximizə marağını artırmaq məqsədilə keçirilmiş “Muzeydə bir an” fotomüsabiqəsinin nəticələri elan edilib. Müsabiqə çərçivəsində ilk dəfə olaraq #muzeydebiran həştəqi vasitəsilə “İnstagram” platformasında Milli Azərbaycan Tarixi Muzeyinin zəngin ekspozisiyasında çəkilmiş 50-dən çox foto və video paylaşımı edilib. Qeyd edək ki, 16 may 2024-cü il tarixində start verilmiş, Beynəlxalq Muzeylər Gününə həsr olunmuş müsabiqənin #muzeydebiran həştəqi muzeysevərlər tərəfindən bəyənilərək digər muzeylərin sosial şəbəkə hesablarında da istifadə olunmuşdur. Müsabiqənin qalibləri paylaşımların topladığı bəyəni sayı ilə müəyyənləşib. Belə ki, birinci yerin qalibi #alchin._ profilinin sahibi Sevinc Qasımova, ikinci yerin qalibi #_laladesign profilinin sahibi Lalə Məmmədova, üçüncü yerin qalibi #fizika_hazirliq_merkezi profilinin sahibi Gülay Rüstəmli olub. Qaliblərə “East Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xüsusi tərtibatla hazırlanmış hədiyyəlik qızıl külçələr təqdim edilib. Milli Azərbaycan Tarixi Muzeyi qalibləri təbrik edir və müsabiqədə iştirak etmiş hər kəsə öz minnətdarlığını bildirir.
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d., Fatma Qəniyeva Qars Qafqaz Universiteti və AMEA Şərqşünaslıq İns...
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri muzeyi ziyarət ediblər
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri və qurama sənəti ilə məşğul olan sənətkarlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı muze...
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...