XƏBƏRLƏR

07 İyun, 2024
Muzeyin əməkdaşı Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini ilə görüşdə iştirak edib
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov AMEA Arxeologiya və Antropologiya İnstitutu Arxeoloji Texnologiya və Ölçü Layihə şöbəsinin müdiri, t.ü.f.d., dos. Qəhraman Ağayevi, Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədovu və Şahtaxtı Tunc dövrü Arxeoloji ekspedisiya üzvlərini qəbul edib. Qəbulda Şahtaxtı kəndində yerləşən arxeoloji və tarixi-memarlıq abidələrinin, ümumilikdə isə maddi mədəni irsimizin öyrənilməsi, mühafizəsi və təbliği barədə fikir mübadiləsi aparılıb. Qəhraman Ağayev Şahtaxtı abidələrində aparılmış arxeoloji qazıntılarla bağlı məlumat verərək bildirmişdir ki, ərazidəki abidələrin əksəriyyətində Eneolit dövrünə aid tapıntılara rast gəlinmişdir. Emin Məmmədov isə keçən əsrdə Şahtaxtıdan, eləcə də Naxçıvanın digər rayonlarından aşkar edilmiş nadir arxeoloji materiallar haqqında danışıb, eyni zamanda həmin materilların Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında sərgilənməsi ilə bağlı məlumat verib. E.Məmmədov qeyd edib ki, muzeyin arxeoloji kolleksiyasında yer almış həmin materiallar Azərbaycan xalqının qədim mədəni irsini əks etdirir. Görüşdə mədəni, o cümlədən arxeoloji irsin öyrənilməsi və mühafizəsinin gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib.
Sonda xatirə fotoşəkilləri çəkilib.
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəb...
İranın Təbriz İslam İncəsənəti Universitetinin müəllimi, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin müəllimi, “Mirak Carpet” şirkətinin direktoru, İran xalçası d...
5 May – Xalçaçı Günüdür
Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli ...
Hacı Zeynalabdin Tağıyevin ailəsinə məxsus olmuş tikmə pərdəni təqdim edirik
Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksə...
Muzeyin əməkdaşı beynəlxalq elmi-praktiki konfransda iştirak edib
Bakı Musiqi Akademiyasında Azərbaycanın bəstəkarlıq məktəbinin banisi, görkəmli musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinə ...
Muzeyin əməkdaşı elmi konfransda məruzə ilə çıxış edib
Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Əli Fərhadov AMEA-nın Fəlsəfə və Sosiologiya İnsti...
Muzeyin əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda çap olunub
Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dosent Əli Fərhadovun "Turizm və qonaqpərvərlik tədqiqatları” beynəl...