XƏBƏRLƏR

18 May, 2024
Muzeydə “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi çərçivəsində sərgi-tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi çərçivəsində “Naxçıvanın maddi, mədəni irsi muzey arxeologiyası və etnoqrafiyası müstəvisində” adlı sərgi-tədbir keçirilib. Sərgi-tədbir Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən keçirilib.
Tədbirin birinci hissəsində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin muzey eksponatları əsasında çəkdikəri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tədbiri giriş sözü ilə açaraq, qeyd edib ki, 2020-ci ildən başlayan bu layihədə Respublikanın 100-ə yaxın ümumtəhsil məktəbi, müxtəlif təşkilatlar və sağlamlıq imkanları məhdud uşaqlar iştirak edib. F.Şəmsi çıxışında "həm də bu layihənin hər il 18 may-Beynəlxalq Muzeylər Günü ərəfəsində keçirildiyini və bu ilin devizinin “Muzeylərdə təhsil və tədqiqat” olduğunu vurğulayıb. Sonra çıxış edən Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə muzeyin Arxeologiya fondunda qorunan Naxçıvan inciləri haqqında, Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova isə muzeyin Etnoqrafiya fondunda qorunan Naxçıvana aid etnoqrafik materiallar haqqında məlumat verib. Tədbirdə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Aynurə Məlikova çıxış edərək, tədbirdə həm də sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyini vurğulayıb və onların muzeyə cəlb olunması, cəmiyyətə inteqrasiyası üçün belə stimullaşdırıcı layihələrin vacibliyini qeyd edib. Daha sonra çıxış edən muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi, sözügedən layihənin rəhbəri Qənirə Qafarlı layihənin keçirilməsində dəstək olan hər kəsə təşəkkürünü bildirərək, belə layihələrin muzey-təhsil əlaqələrinin möhkəmləndirilməsi və muzey eksponatlarının təbliği məqsədilə keçirildiyini bildirib.
Sonda Bədii hissə nümayiş olunub. Bədii hissədə Badamdar qəsəbə Mədəniyyət evinin üzvlərinin və Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi və rəqs nömrələri nümayiş olunub. Layihədə iştirak edən gənc rəssamlar, müəllimlər, bədii hissə iştirakçıları sertifikat və təşəkkürnamələr ilə təltif olunub.
Xatırladaq ki, sözügedən layihə çərçivəsində 2020-ci ildən etibarən hər il 18 may-Beynəlxalq Muzeylər Günü ərəfəsində tədbirlər keçirilir.
Muzeydə “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda tələbələrə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil ...
Naxçıvanın mədəniyyət müəssələrinin baş fond mühafizləri muzeyi ziyarət ediblər
5–8 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin...
Muzeyin əməkdaşları Sabirabad və Saatlı rayonlarında ezamiyyətdə olublar
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin el...
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəb...
İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, “Mirak Carpet” şirkətinin direk...
5 May – Xalçaçı Günüdür
Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli ...
Hacı Zeynalabdin Tağıyevin ailəsinə məxsus olmuş tikmə pərdəni təqdim edirik
Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksə...