XƏBƏRLƏR

19 Aprel, 2024
Muzeydə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 118 illiyinə həsr olunmuş tədbir keçirilib
18 aprel 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyi və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 118 illiyinə həsr olunmuş “Molla Nəsrəddin güldürür və düşündürür” adlı sərgi-tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin kiçik elmi işçisi İlahə Sarıyeva açıb.
Tədbirdə muzeyin Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova “Molla Nəsrəddin” jurnalı haqqında məlumat verib.
Sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, muzeyin materilları əsasında hazırlanmış, “Molla Nəsrəddin” jurnalının təsisçilərindən biri olan Ömər Faiq Nemanzadənin sənəd və şəkillərinin yer aldığı kataloqu qonaqlara təqdim edib.
Daha sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin Mədəni-kütləvi şöbəsinin müdiri Gülnarə Əliyeva, Mərkəzin tərbiyə işləri üzrə direktor müavini Aynurə Məlikova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Sözügedən müəssisənin dərnək şagirdlərinin ifasında müxtəlif səhnəciklər və rəqs nümumələri nümayiş olunub.
Sonda tədbir iştirakçıları muzeyin Sənədli mənbələr fondunda qorunan Molla Nəsrəddin jurnalının bir nüsxəsinə və şagirdlərin Molla Nəsrəddin jurnalının karikaturaları əsasında çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirib.
Muzeydə “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda tələbələrə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil ...
Naxçıvanın mədəniyyət müəssələrinin baş fond mühafizləri muzeyi ziyarət ediblər
5–8 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin...
Muzeyin əməkdaşları Sabirabad və Saatlı rayonlarında ezamiyyətdə olublar
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin el...
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəb...
İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, “Mirak Carpet” şirkətinin direk...
5 May – Xalçaçı Günüdür
Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli ...
Hacı Zeynalabdin Tağıyevin ailəsinə məxsus olmuş tikmə pərdəni təqdim edirik
Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksə...