XƏBƏRLƏR
18 Aprel, 2024
18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü
Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində ölkəmizdə böyük işlər həyata keçirilir.
Milli Azərbaycan Tarixi Muzeyi bu gün ölkə prezidentinin qayğısı ilə respublikanın mühüm elmi-mədəni ocağına çevrilmişdir. Hazırda muzeyin müəyyən vaxtlarda köklü dəyişikliklər aparılan ekspozisiyası həm nümayiş olunan zəngin tarixi materialına görə, həm də elmi-texniki təchizatına görə ən tanınmış muzeylərin ekspozisiyası səviyyəsindədir. Muzeyin binası məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub.
Qeyd edək ki, dövlət səviyyəsində qorunan Tağıyev sarayı Bakının ən böyük tarixi abidələrindən biridir. Həmçinin, əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu gün qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə tədbirlər, sərgilər təşkil olunur.
Vurğulamaq lazımdır ki, əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyində də tədbirlər, seminarlar keçirilir.
Muzeyin yeni ekspozisiyasını Qərbi Kaspi Universitetinin tələbələri ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun böyük elmi işçisi, Qərbi Kaspi Universitetinin müəllimi, t.ü.f.d. Aygün Məmmədova universitetin...
Muzeydə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mühazirə keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin “Elmi macəralar saatı” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əl...
Muzeyin əməkdaşı beynəlxalq konfransda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev "Qafqaz Albaniyası; etnoarxeologiya, y...
Muzeyin yeni ekspozisiyasında növbəti açıq dərs keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi İlahə Sarıyeva tərəfindən muzeyin dəyərli eksponatlarının nümayiş olunduğu yeni ekspozisiyasında A...
Muzeyin yeni ekspozisiyasında açıq dərslərə start verilib
Milli Azərbaycan Tarixi Muzeyinin unikal eksponatlarla zənginləşdirilmiş yeni ekspozisiyasında açıq dərslərə start verilib. "Uzaq keçmişin izi ilə - A...
Muzeydə Vətən Müharibəsinin şəhidi, leytenant Elnur Cəbrayılovun şəxsi əşyaları qorunur
Bu gün, 26 aprel şəhid, leytenant Elnur Cəbrayılovun doğum günündən 43 il ötür. Elnur Cəbrayılov 1981-ci il aprel ayının 26-da Göygöl rayonunun Çaylı ...
Muzeyin “Arxeo” klubunun təşkilatçılığı ilə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubunun və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə “Milli Azərbaycan Tar...
Muzeyin əməkdaşı ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət heyətinin iclasında iştirak edib
"Azərxalça" yaradıcı mərkəzində ICOM- Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin Rəyasət heyətinin iclası keçirilib. İclasda Milli Azərba...