XƏBƏRLƏR

28 Mart, 2024
28 mart Azərbaycanın təhlükəsizlik orqanlarının peşə bayramıdır
Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 28 mart 1919-cu ildə yaradılıb. Azərbaycan Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Müstəqilliyimizin bərpasından sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanına əsasən 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda “Qartal” Xüsusi Təyinatlı Dəstəsinin I və II Qarabağ Müharibəsində istifadə etdiyi hərbi geyim nümunələri qorunur. Nümunələr arasında kitel, hərbi səhra şalvarı,uzunqol köynək, panama, hərbi yay papağı, qısabarmaq və uzunbarmaq əlcək, hərbi çəkmə, dəbilqə, xüsusi eynək (qabı və şüşələri ilə) yer alır. Həmçinin, Vətən müharibəsi fondunda Dövlət Təhlükəsizlik Xidmətinin erməni seperatizminə qarşı mübarizəsinə həsr olunmuş xüsusi nəşrləri (6 ədəd kitab-albom), Vətən Müharibəsində hərbi əməliyyatlar zamanı çəkilmiş 17 ədəd fotoşəkillər, Şuşa şəhərində DTX-nin yerli şöbəsinin açılmasına aid 7 ədəd foto yer alır.
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən müharibə zamanı götürülmüş hərbi qənimətlər Vətən müharibəsi fondunda mühafizə olunur.
Muzeydə “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda tələbələrə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil ...
Naxçıvanın mədəniyyət müəssələrinin baş fond mühafizləri muzeyi ziyarət ediblər
5–8 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin...
Muzeyin əməkdaşları Sabirabad və Saatlı rayonlarında ezamiyyətdə olublar
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin el...
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəb...
İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, “Mirak Carpet” şirkətinin direk...
5 May – Xalçaçı Günüdür
Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli ...
Hacı Zeynalabdin Tağıyevin ailəsinə məxsus olmuş tikmə pərdəni təqdim edirik
Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksə...