XƏBƏRLƏR

07 Mart, 2024
Muzeydə Azərbaycanın tanınmış qadınlarının fəaliyyətini əks etdirən eksponatlar qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya və sərgi zallarında Azərbaycanın görkəmli maarifçi qadınları, qadınların təhsildə rolu geniş təbliğ olunur. Bunlara misal olaraq, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın yaradıcılığını, fəaliyyətini göstərə bilərik. O, xalqın yaddaşında yalnız lirik şeirləri ilə deyil, böyük ictimai fəaliyyəti, o cümlədən Şuşaya, «Xan qızı bulağı» adı ilə məşhur olan bulaq suyunu çəkdirməsi ilə qalmışdır.
Muzeydə şairənin şəxsi əşyaları, əl işi olan bədii tikmələri nümayiş etdirilir. Bunlar nəinki muzeyin, bütövlükdə Azərbaycan incəsənətinin inciləri sayılır. Hazırda Muzeyin yeni qurulan ekspozisiyasında Xan qızı Natəvana həsr olunmuş vitrində onun geyim dəsti- nimtənə, tuman, corab, başmaq, həmçinin digər əşyaları xurcun, heybə, quranqabı, tənbəki kisəsi, qırxaçar camı nümayiş olunur.
Qeyd edək ki, görkəmli ictimai xadim olan X.Natəvan, eyni zamanda tikməçilik, toxuculuq sahəsində yüksək istedada malik olmuşdur. Vitrində nümayiş olunacaq tekstil nümunələri də Xan qızı Natəvanın əl işləridir.
Muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin əməkdaşı Fəridə Xəlilova videoçarxda sözügedən eksponatlar barədə ətraflı məlumat verib.
Muzeydə “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda tələbələrə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil ...
Naxçıvanın mədəniyyət müəssələrinin baş fond mühafizləri muzeyi ziyarət ediblər
5–8 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin...
Muzeyin əməkdaşları Sabirabad və Saatlı rayonlarında ezamiyyətdə olublar
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin el...
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəb...
İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, “Mirak Carpet” şirkətinin direk...
5 May – Xalçaçı Günüdür
Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli ...
Hacı Zeynalabdin Tağıyevin ailəsinə məxsus olmuş tikmə pərdəni təqdim edirik
Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksə...