XƏBƏRLƏR

28 Noyabr, 2023
Vətən Müharibəsinin qazisi Radif Mustafayevin şəxsi əşyaları muzeyə təqdim olunub
Vətən Müharibəsinin qazisi Radif Mustafayevin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub. Radif Heybət oğlu Mustafayev 23 aprel 1978-ci ildə Lənkəran rayonu Kənarmeşə kəndində anadan olub və Kənarmeşə kənd orta məktəbində təhsil alıb. Radif Mustafayev 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə ixtisası üzrə bakalavr pilləsində təhsil almış, daha sonra 1999-2001-ci illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsində Sosial fəlsəfə ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
Radif Mustafayev 2006-2007-ci illərdə leytenant rütbəsi ilə motoatıcı taqım komandiri olaraq, cəbhə bölgəsində həqiqi hərbi xidmət keçmiş və baş leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır.
Radif Mustafayev 2008-ci ildə elmi fəaliyyətinə davam etmiş, namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2018-ci ildə dosent elmi adına layiq görülmüşdür.
Radif Mustafayev 2020-ci ildə Vətən Müharibəsində iştirak etmiş və Cəbrayıl, Füzuli, Laçın rayonlarının azad olunmasına görə medallara layiq görülmüşdür. Bir sıra yerli və xarici əsərlərin müəllifi olan Radif Mustafayev hazırda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisidir.
Qeyd edək ki, Radif Mustafayevin şəxsi əşyaları (isimlik, hərbi səhra fincanı, fotolar, tərcümeyi-hal, qızına yazdığı məktub və s.) muzeyin əməkdaşı, t.ü.f.d. Aygün Məmmədovanın vasitəsilə Vətən müharibəsi fonduna təhvil verilib.
Muzeydə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rusiya Federasiy...
Muzeydə “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda tələbələrə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil ...
Naxçıvanın mədəniyyət müəssələrinin baş fond mühafizləri muzeyi ziyarət ediblər
5–8 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin...
Muzeyin əməkdaşları Sabirabad və Saatlı rayonlarında ezamiyyətdə olublar
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin el...
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəb...
İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, “Mirak Carpet” şirkətinin direk...
5 May – Xalçaçı Günüdür
Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli ...