XƏBƏRLƏR

02 Noyabr, 2023
Muzeyin dəyərli eksponatlarının nümayiş olunduğu “Uzun Həsən- Ağqoyunlu dövlətinin hökmdarı “ adlı sərginin açılış mərasimi olub
1 noyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Ağqoyunlu hökmdarı Uzun Həsənin 600 illiyinə həsr olunmuş “Uzun Həsən- Ağqoyunlu dövlətinin hökmdarı” adlı sərginin açılış mərasimi baş tutub.
Sərginin açılışı zamanı Heydər Əliyev Mərkəzinin Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə Respublikası Dövlət Arxivinin rəhbəri, professor Uğur Ünal, Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş tədbirin əhəmiyyəti haqqında çıxış ediblər. Eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeyin dəyərli eksponatlarının sözügedən sərgidə nümayişi və tarixi əhəmiyyəti ilə bağlı müxtəlif KİV nümayəndələrinə ətraflı müsahibə verib. Sərginin kuratoru isə t.ü.f.d., dosent Səbuhi Əhmədovdur.
Qeyd edək ki, sərgidə Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı, ölkənin digər aparıcı muzeylərinin və Türkiyə Hərb Muzeyinin (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) unikal eksponatları nümayiş olunub. Nümunələr arasında Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsi, Silahlar və bayraqlar fondu, Numizmatika fondu, Təsviri materiallar fondunda qorunan 41 ədəd dəyərli eksponat yer alır.
Sərgi 2024-cü il yanvarın 17-dək davam edəcək.
Muzeydə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rusiya Federasiy...
Muzeydə “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda tələbələrə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil ...
Naxçıvanın mədəniyyət müəssələrinin baş fond mühafizləri muzeyi ziyarət ediblər
5–8 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin...
Muzeyin əməkdaşları Sabirabad və Saatlı rayonlarında ezamiyyətdə olublar
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin el...
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər
Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəb...
İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, İran xalçası dizaynerləri institutunun idarə heyətinin üzvü muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyində İranın Təbriz İslam İncəsənəti Universitetinin elmi-pedoqoji heyətinin üzvü, “Mirak Carpet” şirkətinin direk...
5 May – Xalçaçı Günüdür
Azərbaycan Respublikasında hər il 5 may tarixi “Xalçaçı Günü” kimi qeyd olunur. Bu peşə bayramı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli ...