Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2 may 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin, bir sıra mədəni müəssisələrin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Ulu öndər Heydər Əliyevin Azərbaycanın şanlı tarixinə yazılmış fəaliyyətlərindən danışdı.
Konfrans “1969-1982-ci illərdə Azərbaycanda muzey işinin inkişafında yeni mərhələnin başlanğıcı”, “Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda muzey işi sahəsində yeni addımlar”, “Heydər Əliyev və Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliğ”, “XXI əsr Azərbaycanda muzey işinin inkişafında yeni mərhələdir” bölmələri üzrə iştirakçıların məruzələri ilə davam edib. Məruzələr maraqla qarşılanıb və mövzular ətrafında müzakirələr edilib.
Konfrans materialları nəşr olunacaq.
4–5 sentyabr 2026-cı il tarixlərində İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.