AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Atəşgah Məbədi Dövlət-Tarix Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Atəşgah Məbədində “Tarixi abidələr və onların mədəni irsin təbliğində rolu” adlı elmi seminar keçirilmişdir. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçiləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak etmişdir.
Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, t.ü.f.d. Laçın Mustafayev “Tarixi abidələr və onların mədəni irsin təbliğində rolu” adlı məruzə ilə çıxış etmişdir.
Məruzədə tarixi və arxeoloji abidələr, onların maddi və mənəvi mədəniyyətimizdə yeri və əhəmiyyəti, bu sahədə aparılan tədqiqatlar, abidələrin qorunması və təbliğinin təşkili kimi məsələlərə ətraflı yer verilmişdir. Azərbaycanda yerləşən bir sıra tarixi və arxeoloji abidələrin bərpa və konservasiyasından nümunələr gətirilmişdir. Foto-slayd müşayiəti ilə təqdim olunan məruzə maraqla qarşılanmışdır.
Sonda Atəşgah Məbədinə və Ramana qalasına ekskursiya təşkil olunub.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.