XƏBƏRLƏR

01 Aprel, 2022
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik, şəhid Şükür Həmidovun doğum günündən 47 il ötür
2021-ci ilin yanvar ayından Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondu üçün toplanan 2000-dən çox materiallar içərisində Milli qəhrəmanımız şəhid Şükür Həmidovun da şəxsi əşyaları yer alır.
Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Ailənin doqquzuncu övladı olan Şükür Həmidov 1982-1990-cı illərdə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbində təhsil alıb. 1990-cı ildə Şükür Həmidov Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 1993-cü ildə həmin liseydən məzun olan Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbində təhsilini davam etdirib və 1995-ci ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib. Həmin ildə ali hərbi təhsilini başa vuran Ş.Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib. 2006-cı ilin avqustundan isə Ş.Həmidov ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2008-ci il iyunun 25-də təhsilini uğurla başa vurub.
O, 2014-cü il noyabrın 27-dən 2015-ci il fevralın 3-nə qədər Goranboy rayonunda "N" saylı hərbi hissədə Komandirin müavini — Qərargah rəisi vəzifəsində xidmət etmişdir. Daha sonra 2015-ci il fevralın 3-dən 2015-ci il iyulun 15-nə qədər Horadiz şəhərində "N" saylı hərbi hissəsində Komandirin müavini — Qərargah rəisi vəzifəsinə, həmin il iyulun 15-də isə "N" saylı hərbi hissənin Komandiri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı fərqlənməsinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və ona "Qızıl Ulduz" medalı təqdim olunub. 2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Şükür Həmidova vaxtından əvvəl növbəti "polkovnik" hərbi rütbəsi verilib. Hərbi rütbə ona mayın 10-da Lələtəpə istiqamətində səngərdə təqdim edilib.
Həmçinin, Ş.Həmidov 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təntənəli hərbi parad zamanı Azərbaycan Ordusunun 2016-cı ilin aprelində Füzuli, Cəbrayıl və Tərtər rayonlarının 800 ha.-dan çox ərazisinin işğaldan azad edilməsində xüsusi xidmətləri olan hərbi hissələrin və 2018-ci ilin mayında Naxçıvan MR ərazisində 10 000 ha.-dan çox ərazinin işğaldan azad edilməsində fərqlənən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrin döyüş bayraqlarının olduğu bayraq qrupunun rəhbəri olmuşdur.
Polkovnik Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən Müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön xətdə qəhrəmancasına şəhid olub, Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
Muzeyin elmi katibi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş seminarda çıxış edib
Azərbaycan Kooperasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş seminar keçirilib. Seminarda mu...
Muzeyin əməkdaşı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib
8 noyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar olaraq, Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbində Üm...
Muzeydə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının Səbail rayonu “H.Z.Tağıyev 4” ərazi təşkilatının təşkilatçılığı ilə Ulu öndər Heydər Ə...
Muzeydə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
Muzeydə İkinci Dünya müharibəsi illərində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rusiya Federasiyasının Azərba...
Muzeydə “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda tələbələrə seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil ...
Naxçıvanın mədəniyyət müəssələrinin baş fond mühafizləri muzeyi ziyarət ediblər
5–8 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin...
Muzeyin əməkdaşları Sabirabad və Saatlı rayonlarında ezamiyyətdə olublar
14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin el...
Muzeyin əməkdaşları respublika elmi konfransında məruzə ilə çıxış ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib...