XƏBƏRLƏR
04 Mart, 2022
Muzeydə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, Qadınlar Şurasının sədri t.ü.e.d. Nərgiz Əliyeva, elmi katib, t.ü.f.d. Sevinc Nəsirova qadın əməkdaşları təbrik edib, onlara can sağlığı, ailə səadəti və işlərində uğurlar arzulayıblar. Nailə xanım qeyd edib ki, Azərbaycan elminin inkişafında qadınların rolu böyükdür. Muzeyin çoxluq təşkil edən qadın əməkdaşları öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər. Muzeyin fəaliyyətində, əldə etdiyi uğurlarda onların zəhməti, əməyi danılmazdır.
Tədbirdə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov tərəfindən muzeyin bir qrup əməkdaşı işindəki uğurlarına görə Fəxri fərmanla təltif olunmuşdur.
Həmçinin muzeyin Həmkarlar Təşkilatının sədri İnarə Muradəliyeva və üzvləri öz xoş arzularını bildirib və muzeyin qadın əməkdaşlarına hədiyyələr təqdim ediblər.
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d., Fatma Qəniyeva Qars Qafqaz Universiteti və AMEA Şərqşünaslıq İns...
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri muzeyi ziyarət ediblər
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri və qurama sənəti ilə məşğul olan sənətkarlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı muze...
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...