XƏBƏRLƏR
15 Dekabr, 2021
Azərbaycanın ilk qadın bəstəkarı olan Аğаbаcı Rzаyеvаnın doğum günündən 109 il ötür
Bu gün Əməkdаr incəsənət хаdimi, bəstəkаr Rzаyеvа Аğаbаcı İsmayıl qızının doğum günüdür.
Rzаyеvа Аğаbаcıya məxsus təqdim olunan fotoşəkillər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunur. Həmin fotolarda Ağabacı Rzayeva ilə bərabər bəstəkar Elmira Nəzirova və Adilə Hüseynzadəni də görürük.
Ağabacı İsmayıl qızı Rzayeva 1912-ci il dekabr ayının 15-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1927-ci ildə Pedaqoji Texnikuma daxil olmuş, eyni zamanda Əbilov adına kluba yazılaraq tarda ifa etməyi öyrənmişdir. Texnikumu bitirdikdən sonra Bakının Saray kəndində müəllim işləmiş, bir müddətdən sonra Musiqi Texnikumuna daxil olmuşdur. Musiqi Texnikumunda Üzeyir Hacıbəylidən dərs almış, 1935-ci ildə dahi bəstəkarın təşkil etdiyi Azərbaycanda ilk dəfə notla çalan Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilmişdir.
1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olmuş, Azərbaycanın ilk musiqişünaslarından olan Xurşud Ağayevadan, Qara Qarayevdən, Cövdət Hacıyevdən, Əfrasiyab Bədəlbəylidən dərs almışdır. 1942-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilmişdir.
Ağabacı Rzayeva bir sıra instrumental əsərlər- xalq çalğı alətləri üçün “Şənlik suitası”, “Rəqs”, “Yallı”, “Cəngi”, simli kvartet üçün variasiyalar, tar, kamança və qaboy üçün pyeslər yazmışdır.
1965-ci ildə Azərbaycanın ilk qadın bəstəkarı olan A.Rzayevanın bəstəkar İsmayıl Quliyevlə birlikdə, Həzi Məmmədovun librettosu əsasında bəstələdiyi “Höcət eləmə” musiqili komediyası Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Uşaqlar üçün yazdığı “Kukla”, “Qaranquş”, “Pioner qalstuku”, “Vətənimiz”, “Ağ göyərçinim” əsərləri bu günə qədər öz əhəmiyyətini itirməmişdir.
Ağabacı Rzayeva yaradıcılıqla yanaşı, ictimai işlərlə də məşğul olmuş, üç dəfə - 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə, 1963-cü ildə Azərbaycanın Ali Sovetinə deputat seçilmişdir.
A.Rzayeva “Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Qafqazın müdafiəsinə görə” medalları, 1959-cu ildə “Qırmızı əmək Bayrağı” ordeni, Azərbaycan Ali Sovetinin Fəxri Fərmanları ilə təltif edilmiş,1960-cı ildə “Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülmüşdür. 1972-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
Ağabacı Rzayeva 1975-ci il iyul ayının 5-də Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d., Fatma Qəniyeva Qars Qafqaz Universiteti və AMEA Şərqşünaslıq İns...
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri muzeyi ziyarət ediblər
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri və qurama sənəti ilə məşğul olan sənətkarlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı muze...
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...