Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və tarixin tədrisi texnologiyası kafedrası ilə birgə muzeydə "Maddi irsimizin tədqiqi və təbliği" mövzusunda elmi seminar keçirmişdir.
Seminarda muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, t.ü.f.d. Laçın Mustafayev "Maddi mədəniyyət abidələrinin aşkarlanması, mühafizəsi, bərpası, tədqiqi və təbliği" mövzusunda məruzə etmişdir.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti, o cümlədən muzey əməkdaşları iştirak etmişdir. Tədbir qarşılıqlı müzakirə şəklində davam etmişdir. Məruzə maraqla qarşılanmış, tələbələr tərəfindən verilən suallara aydınlıq gətirilmişdir.
Sonda tələbələr H.Z.Tağıyevin ev muzeyi və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanış olmuşlar.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.