Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə "XVIII əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda dini müxtəliflik və multikulturalizm" mövzusunda onlayn elmi seminar keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşları- t.ü.f.d., dosent Bəhman Kərimov və t.ü.f.d. Əli Fərhadov elmi seminarda iştirak ediblər. B.Kərimov "XIX əsrin əvvəllərində Rusiya - Qacar münasibətləri", Ə.Fərhadov isə "Qacarlar dövründə dini müxtəliflik və multikulturalizm" adlı məruzələrlə çıxış edibllər, verilən suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.