6 may 2021-ci il tarixində AMEA-nın Rəyasət Heyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda Elmi konfrans keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 35 il Azərbaycana uğurla rəhbərlik etdiyini, bu illər ərzində ölkəmizin iqtisadi-siyasi, elmi-mədəni, təhsil və digər sahələrdə qazandığı bütün uğurların dahi liderin adı ilə bağlı olduğunu söyləyib.
Konfransda iştirak edən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova “Ulu öndər Heydər Əliyev dühası və Azərbaycan mədəniyyətinin inkişafı” adlı məruzəsində ümummilli liderin xalqımızın milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşdığını söyləyib. Vurğulayıb ki, hələ SSRİ dövründə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, Bülbülün, Fikrət Əmirovun və digərlərinin ittifaq miqyasında yubileyləri keçirilib. Prezident İlham Əliyevin də ölkəmizdə mədəniyyətin inkişafına daim qayğı ilə yanaşdığını deyən alim Azərbaycanın elm məbədi sayılan AMEA-nın tərkibindəki müxtəlif muzeylərin bərpa, təmir və müasir avadanlıqla təchiz edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda keçirilmiş elmi konfransın materiallarının “Elm” qəzetinin əlavəsi kimi xüsusi buraxılış şəklində çap olunması ilə əlaqədar olaraq aid qurumlara müvafiq tapşırıqlar verib.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.