Özbəkistan EA Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi t.e.n. Aysulu İsgəndərova AMEA Milli Azərbaycan Tarixi Muzeyində təqdimat keçirib. Təqdimat Muzeyin Bərpa laboratoriyasının bərpaçıları üçün nəzərdə tutulmuşdur. Keçirilmiş təqdimatda Aysulu İsgəndərova əsasən metal və keramika üzrə bərpa işlərinin aparılmasında yeni texnologiyaların tətbiqi barədə ətraflı məlumat vermişdir. Həmçinin tədqiqatçı alim gələcəkdə də bu texnologiyanın istifadəsinin genişlənməsi məqsədi ilə Muzeyin bərpaçılarının Özbəkistan muzeylərində təlimlərdə təcrübə keçəcəklərini xüsusi vurğuladı.
A.İsgəndərova yaxın müddətdə Muzeydə keramika üzrə master-klasların da keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.
Sonda isə Aysulu İsgəndərova arxeoloji materialların bərpası üzrə Muzey bərpaçılarına öz tövsiyələrini verdi.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində akademik Əbdülkərim Əlizadə və professor Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunmuş “TARİXİN ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi konfransı keçiriləcək.