XƏBƏRLƏR
05 Mart, 2021
Muzeydə müxtəlif dövrlərə aid idman kolleksiyaları mühafizə olunur
Hər il martın 5-i ölkəmizdə "Bədən Tərbiyəsi və İdman Günü" kimi qeyd edilir. Azərbaycanda "Bədən Tərbiyəsi və İdman Günü"nün məhz bu gün qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın müxtəlif dövrlərinə aid idman kolleksiyaları mühafizə olunur. Azərbaycanın idman tarixində mühüm əhəmiyyət daşıyan eksponatlar ziyarətçilər tərəfindən böyük maraqla izlənilir.
Nümayiş olununan eksponatlar arasında XVI-XVIII əsrlərə aid millər (zorxana alətləri), çovqan oyunu miniatürü, pəhləvan şalvarı və zorxanada idman aləti kimi istifadə olunan bargirlər yer alır. Çovqan yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində çovqan oyununun təsvir edildiyi rəsm bu oyunun hələ IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.
Həmçinin qeyd olunmalıdır ki, 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, güləş üzrə olimpiya kateqoriyalı hakim Şərifov Hicran İbrahim oğlu tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə “qızıl fit” ali mükafatı və 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən Bakı 2015 Birinci Avropa Oyunlarında qazanılmış "qızıl medal" hədiyyə olunmuşdur. Həmin eksponatlar Azərbaycan idman tarixinin dəyərli incisi kimi Milli Azərbaycan Tarixi Muzeyində xüsusi mühafizə olunur.
Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir. Bu ənənələrin minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı özünün ən uca zirvələrinin fəthinə doğru gedir.
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri muzeyi ziyarət ediblər
“Üçüncü Bahar” cəmiyyətinin üzvləri və qurama sənəti ilə məşğul olan sənətkarlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ziyarət zamanı muze...
Muzeydə Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi ilə görüş keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbayca...
Əcnəbi alim muzeydə “Qlobal nümunələrlə yeni muzeyin dizaynı” mövzusunda mühazirə keçib
29 aprel tarixində Milli Azərbaycan Tarixi Muzeyində Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) müəll...
Muzeyin unikal baş bəzəyi beynəlxalq kataloqda yer alıb
Milli Azərbaycan Tarixi Muzeyinin unikal baş bəzəyi Macarıstan Milli Muzeyinin "Attilla" adlı beynalxalq kataloqunda yer alıb. Xatırladaq ki, sözü ged...
Tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov muzeyin ekspozisiyasının yenilənməsi istiqam...
Tarix elmləri doktoru Fərhad Cabbarov beynəlxalq elmi seminar və sərgi təşkil olunacağı barədə AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX...
Muzeydə tələbələr üçün seminar keçirilib
22 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Kooperasiya Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixti...
Muzeydə Beynəlxalq Abidələr Gününə həsr olunmuş interaktiv dərs keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyi...